İş adamı DİN-in şöbə rəisindən nazirə və Baş prokurora şikayət etdi – “Yeganə xilas yolum intihardı”

İş adamı DİN-in şöbə rəisindən nazirə və Baş prokurora şikayət etdi – “Yeganə xilas yolum intihardı”
23:44 11-05-2019 | icon 89

Salyandan olan iş adam Məmməd Cəfərli DİN-nin şöbə rəisinin onu həbs etdirməyə çalışdığını iddia edib. O,  “gununsesi.org”  saytı  vasitəsilə Baş Prokurluğa və Daxili İşlər Nazirliyinin rəhbərliyinə etdiyi müraciətdə bu haqda məlumat verib.

Məmməd Cəfərlinin müraciətində bildirilir ki, DİN-nin İstintaq İdarəsi tərəfindən 28 avqust 2018-ci ildə Cabbarov Elşən Mürsəl oğluna CM-nin 182.2.4-cü maddəsi ilə cinayət işi başlanıb.

M. Cəfərlinin sözlərinə görə, həmin şəxsə borc verdiyi üçün hadisədən 4 ay sonra heç bir günahı olmadan onu da eyni maddə ilə istintaqa cəlb ediblər. Və haqqında Səbail Rayon Məhkəməsi tərəfindən 4 ay müddətinə  həbs qətimkan tədbiri seçilib: “Həbs edilməyimin sifarişçisi DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Ağır cinayətlərin istintaq şöbəsinin rəisi Tofiq Nəbibəyli olmuşdur. Heç bir günahı olmadığından, bu qanunsuzluqla barışa bilmirdim”.

M. Cəfərli bildirib ki, ona hadisədən xəbəri olmadan borc pul verməsinə görə ittiham irəli sürülüb. Bununla bağlı müxtəlif qurumlara etdiyi çoxsaylı şikayətlərdən sonra isə məhkəmə onunla bağlı həbs qətimkan tədbirini dəyişərək, ev dustaqlığı ilə əvəz edib : “Prokrorluq həmin qərardan Apellyasya Protesti versə də, Bakı Apellyasya Məhkəməsi protesti təmin etmədi. Müstəniq isə mənə xatırlatdı ki, narahat olma 1-2 həftəyə qətimkan tədbirinin şərtini pozmaq adı ilə yenidən səni Kürdaxanıya yola salacağıq. Bundan sonra qara günlərim başladı. Ağır Cinayətlərin İstintaq Şöbəsinin rəisi Tofiq Nəbibəyli bütün vasitlərlə mənə təyziqləri artırıb, onun kimliyini tezliklə biləcəyimi söylədi. Mən isə onlara bəhanə verməmək üçün yaşayış yerimdə qalmaqla, sahə müvəkillinin yanına gedərək gündəlik qeydiyyatdan keçirəm”.

M. Cəfərli iddia edib ki, buna baxmayaraq,  istintaq onun  ev dustaqlığında qalması ilə razılaşmaq istəmir. Onun işini araşdırmaq üçün yeni istintaq qurupunun yaradıldığını bildirir: “İstinitaq qurupuna rəhbər Ağır Cinayətlərin İstintaq Şöbəsinin rəisi Tofiq Nəbibəylinin müavini Vüqar Tağıyevi təyin ediblər. Məqsəd nə yolla olursa olsun yenidən həbs qətimkan tədbiri seçməkdi.  Məni sabah Ağır Cinayətlərin İstintaq Şöbəsinə çağıraraq, qətimkan tədbirinin şərtini pozmaqda günahladırıb Səbail rayon Məhkəməsinə çıxaracaqlar. Bu qanunsuzluğa və özbaşınalıqdan yeganə xilas yolum intihardı”.

M. Cəfərli həmçinin bildirib ki, Prezidentin  kənd rayonlarında yeni iş yerlərinin açılması çağrışına qoşularaq,  70–ə yaxın ailəni daimi iş yeri ilə təmin edib: “Salyan rayonunda nümunəvi sahibkar olaraq iri həcimdə vergi ödəyicisəyəm. Hər zaman sahibkarlıq fəaliyyətimdə dövlətin dəstəyini görmüşəm. Qarşıma sahibkarlıq fəaliyyətimi böyüdüb yeni iş yerlərinin açılmasına naiı olmaq məqsədi qoymuşam. İndi isə mənim yenidən əsasız həbsim ailəmin faciəsi olmaqla yanaşı, 70 yaxın şəxsin də işsizliynə səbəb olacaq”.

M. Cəfərlinin sözlərinə görə, günahsız olsa da, istintaqı uzadırlar: “Cənab Baş Prokuror,  istintaqı qəsdən lüzumsuz yerə uzadırlar ki, mənə istirab versinlər. 

“Zərəçəkmişlərə” təyziq edib öz istədiklərini almaq istəyirlər. İstintaqın özü də bilir ki, mən günahsızam… 13 yaşından 45 dərəcə istidə, yağışda, soyuqda adi salafan satmaqla bu vəziyyətə gəlib çatmışam. And içirəm ki, mən heç bir cinayətin iştirakçısı deyiləm”.

İş adamı niyə yenidən həbs edilməli olduğunu bilmədiyini vurğulayıb: ” Niyə imkan vermirlər öz fəaliyyətimlə dövlətimə vətəndaşlara fayda verim. Mən yenidən həbs olunmaq istəmirəm. İnanın ölümü həbsdən daha çox istəyirəm.Əgər mənim günahsız həbsimə müdaxilə etməsəniz, günü sabah məni yenidən Kürdaxanıya göndərəcəklər. Sizdən imdad diləyirəm, yalvarıram bu cinayət işini öz nəzarətinizə götürüb obyektiv araşdırılmasına göstəriş verəsiniz. O zaman Sizdə tam əmin olacaqsız ki, istintaq mənim həbsim üçün hansı qanunsuzluğa əl atır. Tofiq Nəbibəyli kimi rəislər öz ambisyaları və istəkləri üçün regionunun nümunəvi sahibkarını intihara sövq edirlər. Onu da qeyd edim ki, bir dəfədə olsa çağırışdan yayınmamış ev dustağının şərtini pozmamışam. Lakin  məni yenidən həbs etmək üçün Səbail rayon Məhkəməsinə çıxaracaqlar”.

P.S. İş adamının iddaları ilə bağlı Daxili İşlər Nazirliyinin də mövqeyini işıqlandırmağa hazırıq.