Ağsuda zəlzələ olub

Ağsuda zəlzələ olub
19:55 14-03-2019 | icon 103

Ağsu rayonunda yenidən zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən  verilən məlumata görə, zəlzələ yerli vaxtla saat 18:19-da, Pirqulu stansiyasından 9 km cənub-qərbdə, Ağsu ərazisində qeydə alınıb.

Maqnitudası 2,6, dərinliyi 10 km olan zəlzələ Şamaxı və Pirqulu ərazilərində 3 bala qədər hiss olunub.

Qeyd edək ki, bundan əvvəl Şamaxı rayonunda 3 bal gücündə zəlzələ baş verib.