Şəmkirin Zəyəm qəsəbəsi üzrə nümayəndəsi 80 yaşlı qəsəbə sakinin incidir

Şəmkirin Zəyəm qəsəbəsi üzrə nümayəndəsi 80 yaşlı qəsəbə sakinin incidir
19:24 14-03-2019 | icon 298

80 yaşlı qəsəbə sakininin haqqı-hüququ necə tapdalanıb?!

Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, məmurlar sadə insanların qayğısına qalmalıdır, onlara xidmət etməlidirlər.

Çox təssüflər olsun ki, Prezidentin bu tövsiyyəsini yerinə yetirən məmurlar çox azdır. Mərkəzdə bu hala qapalı olsada bölgələrdə bu hal qabarıq hiss olunur.

Ölkə Prezidenti cənab İlahm Əliyevin korrupsiyaya qarşı mürabizə apardığı indiki vaxtda vətəndaşlara qarşı bəslənən haqsız münasibətlər haqlı olaraq narazılıq yaradır.

Redaksiyamıza Şəmkir rayonunun Zəyəm qəsəbəsində yaşayan 1939-cu il təvəllüdlü Əsədova Tərlan Hüseyn qızı tərəfindən daxil olan şikayət məktubunda da məmur özbaşınalığından danışılır.

Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Azərbayca Respublikasının Baş Prokuroru  Zakir Qaralova müraciət edən şikayətçi yazır:

 

"Yazıb Sizə məlum edirəm ki, yaşadığım Zəyəm qəsəbəsində 2018-ci ilin may ayında Qəsəbə inzibati ərazi nümayəndəsi Ağayev Aqil Ağa oğlu tərəfindən yetişdirmək üçün mənə barama qurdu verilmişdir.

Mən barama qurdumu yetişdirib dövlətə 280 kq barama verdikdən sonra mənə 80 (səksən) manat əmək haqqı verildi. Mən əmək haqqının azlığından razı qalmadığımı bildirəndə Ağayev Aqil əmək haqqının qalan hissəsinin veriləcəyini bildirmişdir.

Lakin məlumatlı şəxsdən öyrəndim ki, Aqil Ağayev sənədlərdə qayınanasını mənə şərik yazıb, guya o, mənimlə birlikdə barama qurdu yetişdirib və mənə çatacaq əmək haqqının çox hissəsini Aqil Ağayev qayınanasına verib. Onu da Sizin nəzərinizə çatdırım ki, mən dövlətə 280 kq barama vermişəm.

Bu qədər barama yetişdirənə isə 4000 manatdan yuxarı pul düşür. İndi Sizdə xahiş edirəm ki, haqq-ədalətin boğulmasına imkan verməyəsiniz və öz təsirinizi göstərəsiniz. Çünki, atalar deyib: “Haqq nazilər. amma üzülməz”.

Mənim kimi 80 yaşlı ağbirçəyin hüququnu tapdalamaq haqqını yemək heç bir məmura baş ucalığı gətirməz, bu böyük qəbahətdir, böyük günahdır."

İmza: Əsədova Tərlan Hüseyn qızı.

Qarşı tərəfin də mövqeyini dinləyib çap edə bilərik.

Bəhlul Orucoğlu

Araşdırmaçı-jurnalist

Azərbaycan yazıçılar və Jurnalistlər birliklərinin Üzvü

“Millətinsəsi.info” müstəqil xəbər saytının müxbiri,

Qarabağ müharibəsi vetranı,

ehtiyyatda olan ədliyyə-mayoru,

şair-publisist.