Komitədən Elşad Miriyə: Ona mane olanların adlarını açıqlasın!

Komitədən Elşad Miriyə: Ona mane olanların adlarını açıqlasın!
17:15 14-03-2019 | icon 113

Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi ilahiyyatçı Elşad Mirinin kitabının çapına icazə verilməməsi ilə bağlı quruma ünvanladığı ittihamlara reaksiya verib.

E.Miridən konkret ad açıqlaması tələb olunub:

“Elşad Miri bizimyol.info saytına verdiyi müsahibədə Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rəsmilərinin dediklərinə istinadən ittihamlar səsləndirərək, kitabının çapına icazə verilməməsində Qafqaz Müsəlmanları İdarəsini (QMİ) ittiham edir.

QMİ-nin ünvanına səsləndirdiyi ittihamla bağlı Elşad Miridən fakt olaraq fikirlərinə istinad etdiyi şəxslərin konkret adlarını açıqlamağı tələb edirik.

Adları açıqlamayacağı təqdirdə Elşad Mirinin bu əsassız ittihamları, birmənalı şəkildə, din-dövlət münasibətlərinə kölgə salmaq, QMİ ilə Dini Komitə arasında nifaq yaratmaq, məzhəblərarası münasibətlərə xələl gətirmək məramlı böhtan kimi qiymətləndiriləcək”, - qurumun açıqlamasında deyilir.