Dörd şəxsiyyətə heykəl qoyulması prezidentlə müzakirə olunacaq - ÖZƏL

Dörd şəxsiyyətə heykəl qoyulması prezidentlə müzakirə olunacaq - ÖZƏL
14:55 14-03-2019 | icon 106

Bakıda Cəlil Məmmədquluzadə, Hacı Zeynalabdin Tağıyev, memarlar Sadıq Dadaşov və Mikayıl Hüseynovun heykəllərinin qoyulması ideyaları üzərində işlər gedir. 

Bunu milletinsesi.info-a açıqlamasında Azərbaycan Memarlar İttifaqının İdarə heyətinin sədri Elbay Qasımzadə deyib. 

O bildirib ki, heykəltaraş, akademik Ömər Eldarov, Xalq rəssamı Xanlar Ələsgərov ilə birgə bununla bağlı işlər aparılır. 

“Bakı Şəhər İcra Hakimiyyəti ilə birgə şəhərdə bir neçə yeri müəyyənləşdirmişik. Materiallar hazırlanır, yəqin ki, bu barədə dövlət başçısı səviyyəsində müzakirələr olacaq. Biz təkliflərimizi təqdim edəcəyik. Təkliflərimiz bəyənilsə, bu barədə məlumat verəcəyik”, - E.Qasımzadə qeyd edib.