Bakı klubu ulduz futbolçu ilə danışıqlar aparır

Bakı klubu ulduz futbolçu ilə danışıqlar aparır
14:35 14-03-2019 | icon 72

“Səbail” Futbol Klubu dünya şöhrətli Maykl Esyeni sıralarına qatmaq üçün danışıqlara başlayıb.

Bununla bağlı klubun rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, Qana millisinin heyətində 58 oyuna doqquz qol vurmuş yarımmüdafiəçi hazırda azad agent statusuna malikdir.

Peşəkar karyerasına Fransa “Bastia”sında başlayan Esyen ən çox oyuna İngiltərənin “Çelsi” klubunda çıxıb.

Yarımmüdafiəçi “Çelsi” formasında 168 oyunda 19 qol vurub.

O, İspaniya paytaxtının “Real” və İtaliya nəhəngi “Milan”ın da şərəfini qoruyub.

Samir İsayev