Bütün dünyada “Facebook” və “Instagram”ın işində problem yaranıb

Bütün dünyada “Facebook” və “Instagram”ın işində problem yaranıb
22:30 13-03-2019 | icon 65

Bu axşam “Facebook” və “Instagram” sosial şəbəkələrinin işində yaranan problemlərlə bağlı müxtəlif ölkələrdən çoxlu sayda şikayətlər daxil olur.

Demək olar ki, dünyanın yarıdan çox ölkəsində eyni problem yaşanmaqdadır. 

Nasazlıqlar ABŞ-ın şərq sahili vaxtıyla saat 11:56- dan etibarən (Bakı vaxtı ilə 17:56) qeydə alınmağa başlayıb.

“Instagram”da isə problemlər saat 12:01-dən (Bakı vaxtı ilə 18:01) başlayıb.

“Facebook” üzrə əsas şikayətlər  ABŞ, Filippin,  Böyük Britaniya, Niderland, Braziliya və Perudan daxil olub. “Instagram”ın işi isə əsasən ABŞ, Britaniya, Fransa və Niderlandda iflic olub.

Eyni problemlərin Bakıda yaşanması barədə də məlumatlar var.