İki nəfərin qətli ilə bağlı Rusiyada saxlanılan Müşfiq Quliyev Azərbaycana gəldi

İki nəfərin qətli ilə bağlı Rusiyada saxlanılan Müşfiq Quliyev Azərbaycana gəldi
17:35 13-03-2019 | icon 138

Bir müddət əvvəl Rusiyanın Orenburq bölgəsində iş adamı və övladını öldürməkdə şübhəli bilinən Müşfiq Quliyev 10 ay müddətində miqrasiya xidmətində saxlanıldıqdan sonra martın 1-də buraxılıb. 

Bununla bağlı “Exo”ya “Orenburqdakı azərbaycanlıların milli konqresi”ndən məlumat verilib. 

Təşkilatın prezidenti İlkin Kərimov deyib ki, M.Quliyevin üzərindən ittiham götürülüb və o, martın 1-də Azərbaycana gəlib.

Konqres prezidentinin müşaviri Alik İbrahimov bildirib ki, bir ay əvvəl Azərbaycan vətəndaşı kömək üçün prezidentə, Rusiya İstintaq Komitəsinin sədrinə, Orenburq qubernatoruna və digər instansiyalara kömək üçün müraciət edib. 

ötən il Müşfiq Quliyev Abdulina qəsəbə sakini olan iki nəfərlə birlikdə saxlanılıb. Hər üç şəxs polis tərəfindən döyüldüklərini bildiriblər və bundan sonra istintaq təcridxanasından azad ediliblər. Bu müddət ərzində M.Quliyevin Rusiyada qalma müddəti başa çatdığı üçün o, bu ölkəni tərk edə bilməyib və miqrasiya xidmətində saxlanılıb. 

Hələlik M.Quliyev kompensasiya tələb edib-etməməsi ilə bağlı heç bir məlumat yoxdur. İstintaq Komitəsi hələ də məsələni şərh etməyib.