Nazirlik rəsmisi: Anbarlardakı su ilə ölkəni iki il təmin etmək olar

Nazirlik rəsmisi: Anbarlardakı su ilə ölkəni iki il təmin etmək olar
15:15 13-03-2019 | icon 148

Paytaxtın, digər regionlarımızın su ilə təminatında yerüstü su ehtiyatları ilə yanaşı, yeraltı sulardan da istifadə olunur. Hazırda 39 milyard kub metrə yaxın su ehtiyatının 9 milyard kub metri yeraltı suların payına düşür. 

Bu barədə Baku TV-yə açıqlama verən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji siyasət şöbəsinin sektor müdiri Mütəllim Əbdülhəsənovun sözlərinə görə, rayonların 40, paytaxtın isə 33 faizi yeraltı suların hesabına təmin olunur.

Qurum rəsmisinin sözlərinə görə, hazırda ölkədə 135-ə yaxın su anbarı var və buradakı su ehtiyatı ilə ölkənin iki illik su təhcizatını təmin etmək mümükündür. Ancaq sudan istifadə zamanı israfçılıq etmək yolverilməzdir.

Transsərhəd vasitəsilə ölkəmizə gələn su kənd təsərrüfatı məhsullarının suvarılması üçün yararlıdır. Belə ki, yerüstü suların 16 faizi bu məqsədlə istifadə olunur.

Sektor müdirinin sözlərinə görə, ölkədə yerüstü su ehtiyatlarının çatışmazlığı ilə bağlı hər hansı problem yaranarsa, yeraltı suların həcmi imkan verir ki, onlardan istifadə olunsun.