Azərbaycanlıların bazarında əməliyyat: onlarla saxlanılan var

Azərbaycanlıların bazarında əməliyyat: onlarla saxlanılan var
13:10 11-03-2019 | icon 91

Rusiya polisi azərbaycanlı iş adamları – Qod Nisanov və Zərah İliyevə məxsus “Sadovod” bazarında profilaktika reydi keçirib. 

Bununla bağlı TASS agentliyi məlumat yayıb. 

“Hazırda bazarda profilaktika reydi keçirilir. Bazar ənənəvi qaydada fəaliyyətini davam etdirir”, - agentlik yazır. Mənbə əməliyyatın səbəblərini açıqlamayıb. 

Oxşar əməliyyat paralel olaraq “Moskva” ticarət mərkəzində də aparılır. 

Məlumata görə, əməliyyat zamanı onlarla miqrant saxlanılıb. 

“Həmin şəxslərin ölkəyə gəlişi ilə bağlı sənədləri, eləcə də, cinayət hadisələrinə aidiyyəti yoxlanılır”, - məlumatda qeyd edilib. 

“Kommersant” qəzetinin yaydığı məlumata görə, əməliyyat polis, Federal Təhlükəsizlik Xidməti və Rusiya qvardiyasının əməkdaşları tərəfindən keçirilir. 

Qeyri-rəsmi məlumatlara görə, əməliyyat müxtəlif etnik qruplar arasında son zamanlar baş verən silsilə münaqişələrlə əlaqədardır.