“Qafqaz əsiri”nin “Saaxov”u öldü - VİDEO

“Qafqaz əsiri”nin “Saaxov”u öldü - VİDEO
14:55 09-03-2019 | icon 142

SSRİ Xalq artisti, görkəmli kino aktyoru Vladimir Abramoviç Etuş vəfat edib.

“RİA Novosti” agentliyinin məlumatına görə, 97 yaşlı aktyorun ölümü ilə bağlı xəbəri Vaxtanqov adına teatrın mətbuat xidməti yayıb. 

Ölümün səbəbi məlum deyil. Teatr direktoru Kirill Krokun sözlərinə görə, aktyor xəstəxanada dünyasını dəyişib. 

Vladimir Etuş Azərbaycan tamaşaçısına “Qafqaz əsiri”ndə canlandırdığı raykomxozun müdiri Saaxov obrazı ilə tanışdır.