Ağcabədi İcra Hakimiyyəti qarşısında VƏTƏNDAŞ ÖZÜNÜ YANDIRMAQ İSTƏDİ

 08-04-2022

Ağcabədi Rayon İcra Hakimiyyətində intihara cəhd olub.

Rayonun yuxarı Qiyamadınlı kənd sakini 1979-cu il təvəllüdlü Hakim Daşdəmirov həyat yoldaşı ilə rayon icra hakimiyyətinə gələrək icra başçısından iş istəyib. Ona hazırda rayon ərazisində yüksək maaşla çalığıdığı bildirilsə də, o icra hakimiyyətində dava salıb. Daha sonra əvvəlcədən özü ilə gətirdiyi benzini üzərinə tökərək yandırıb. Bu hadisəni həyat yoldaşı lentə alıb. Dərhal polislər yanan vətəndaşa mudaxilə edərək benzini onun əlindən alıblar. Rayon icra başçısı da hadisə yerinə gələrək Hakim Daşdəmirova düzgün addım atmadığını bildirib. Nəticədə, Hakim Daşdəmirov yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Bu barədə Manset.az-a açıqlamasımda Ağcabədi rayonundan Milli Məclisə deputat seçilmiş Tahir Rzayev hadisəni təsdiq edərək onun qəsdən özünü yandırdığını bildirib.

“Hakim Daşdəmirov Ağcabədi Pambıq Zavodunda çalışır, 450 manat da maaş alır. Gəlib rayon icra hakimiyyətinə ki mənə yüksək maaş verin. Ona rayon ərazisində yüksək maaşla çalışdığı bildirilib. Bu zaman icra hakimiyyətinin həyətində çıxaraq özünü yandırıb. Əlləri və aşağı atrafları yanıb." 

Hadisə ilə bağlı Manset.az-ın sorğusuna cavab olaraq Baş prokrorluğun mətbuat xidmətindən bildirilib ki, "Ağcabədi rayonu, yuxarı Qiyamadınlı kənd sakini 1979-cu il təvəllüdlü Hakim Daşdəmirovun intihara cəhd etməsi ilə bağlı rayon prokrorluğunda araşdırma başlayıb."

Bənzər yazılar

0.48860907554626