“Rossiya 24” telekanalı “Azərbaycan” pavilyonu haqda - VİDEO

“Rossiya 24” telekanalı “Azərbaycan” pavilyonu haqda - VİDEO
13:43 11-02-2019 | icon 61

Rusiyanın “Rossiya 24” xəbər kanalı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin (XTNS) əsas incilərindən olan “Azərbaycan” pavilyonunun kompleks restavrasiyası haqqında reportaj hazırlayıb.

Reportaja bildirilir ki, binanın cah-calallı mozaikadan ibarət  fasadı üzərində işlər demək olar ki, yekunlaşıb. 

Hazırda mütəxəssislər interyerin ilkin rəngini bərpa etməklə məşğuldurlar.

İnteryerin rəngli qamması xarici tərtibatla həmahəngdir. Hər yerdə şərq memarlıq ənənələrinə uyğun olaraq bürünc və əlvan rənglərə rast gəlmək olur.

Pavilyonun restavrasiyası üzrə bütün xərcləri Azərbaycan öz üzərinə götürüb.

2019-cu ilin sonuna kimi pavilyonda ilk sərginin keçirilməsi planlaşdırılır.