“Ford”la “KamAZ” toqquşdu, azyaşlı öldü

“Ford”la “KamAZ” toqquşdu, azyaşlı öldü
13:42 11-02-2019 | icon 67

Fevralın 9-da, saat 19:00 radələrində Beyləqan rayonunun Qaradağlar kəndi ərazisində şəhər sakini Elbrus Nəcəfov idarə etdiyi “Ford” markalı avtomobili yolun kənarında dayanmış Füzuli rayon sakini Şahin Teymurova məxsus “KamAZ” markalı maşına vurub.

DİN-in mətbuat xidmətindən milletinsesi.info-a verilən məlumata görə, nəticədə, E.Nəcəfovun sərnişinlərindən azyaşlı nəvəsi Nurcan Nəcəfova hadisə yerində ölüb, digər sərnişini, arvadı Mərziyyə isə xəstəxanaya yerləşdirilib.

Beyləqan RPŞ tərəfindən araşdırma aparılır.