Bakıda dəm qazından zəhərlənmə: ana öldü, qızın vəziyyəti ağırdır

Bakıda dəm qazından zəhərlənmə: ana öldü, qızın vəziyyəti ağırdır
12:23 11-02-2019 | icon 49

Bakıda dəm qazı daha bir can alıb.

milletinsesi.info-ın məlumatına görə, hadisə Qaradağ rayonu Səngəçal qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 1989-cu il təvəllüdlü Aygün Ələşrəfova və qızı, 2012-ci il təvəllüdlü Aysun Ələşrəfova hamam otağında dəm qazından zəhərləniblər.

30 yaşlı qadın hadisə yerində vəfat edib. Qızı isə təcili olaraq Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriblər.

Kliniki Tibbi Mərkəzi Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov milletinsesi.info-a açıqlamasında yeddi yaşlı qızın vəziyətinin stabil olduğunu deyib:

“2012-ci il təvəllüdlü Aysun dünən çox ağır vəziyyətdə xəstəxanaya gətirilib. Bütün gecəni ciddi həkim nəzarətində saxlanılıb və səhər saatlarına yaxın nisbətən özünə gəlib. Reanimasiya şəraitində saxlanılır. Vəziyyəti orta-ağır olaraq qalır”.

Hadisə yerinə baxış keçirilib, faktla bağlı araşdırma aparılır.