Rusiyada 33 yaşlı azərbaycanlıya hökm oxundu

Rusiyada 33 yaşlı azərbaycanlıya hökm oxundu
12:12 11-02-2019 | icon 58

Rusiyanın Belqorod vilayətinin Veydelevka rayon məhkəməsində 33 yaşlı azərbaycanlıya hökm oxunub. 

Belqorod vilayətinin prokurorluğunun yaydığı məlumata əsasən, azərbaycanlı 2018-ci il noyabrın 2-də Rusiya ərazisinə qanunsuz daxil olmaq istəyərkən saxlanılıb. 

Aparılan araşdırmalar zamanı törətdiyi cinayət səbəbindən onun Rusiya ərazisinə girişinin qadağan olunduğu və bu səbəbdən sərhədi müəyyən edilməmiş yerdən keçmək istədiyi məlum olub. 

Məhkəmənin qərarına əsasən, azərbaycanlı cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 10 il müddətinə azadlıqdan məhrum edilib.