Bakıda maşın piyadanı vurub öldürdü

Bakıda maşın piyadanı vurub öldürdü
11:01 11-02-2019 | icon 40

Bakı-Quba yolunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

milletinsesi.info-nun məlumatına görə, hadisə Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Binəqədi rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Həmin yolda hərəkət edən naməlum avtomobil 50-55 yaşlı kişini vurub və hadisə yerindən qaçıb.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.