Ağ ayılar hücuma keçirlər: Yeni Torpaqda fövqəladə vəziyyət

Ağ ayılar hücuma keçirlər: Yeni Torpaqda fövqəladə vəziyyət
23:50 09-02-2019 | icon 72

Rusiyanın Arxangelsk vilayətinin Yeni Torpaq ərazisində ağ ayıların hücumlarına görə fövqəladə vəziyyət elan edilib.

Bu barədə “Rosbalt” saytı məlumat yayıb.

Bildirilir ki, ağ ayılar evlərə girərək insanlara hücum edirlər.

Regionun hüquq-mühafizə orqanlarından qeyd ediblər ki, insanların təhlükəsizliyi təmin ediləcək. Bununla belə, heyvanların güllələnməsinə icazə verilmir.

Beluşya Quba rayonunda ağ ayıların insanlara 52 hücum faktı qeydə alınıb.

Qeyd olunur ki, heyvanlar ötən ilin dekabr ayından kütləvi şəkildə regionun qəsəbələrində məktəb və uşaq bağçalarına daxil olurlar.

İşçilər və hərbçilər xüsusi nəqliyyat vasitələrində daşınırlar.