Qarabağ münaqişəsi zamanı girovluqdan azad edilənlərin sayı məlum oldu

Qarabağ münaqişəsi zamanı girovluqdan azad edilənlərin sayı məlum oldu
14:50 07-02-2019 | icon 91

Dağlıq Qarabağ münaqişəsi zamanı girovluqda olan təxminən 700 nəfər geri qaytarılıb. 

milletinsesi.info- xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsindən məlumat verilib. 

Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsindən sonra 1992-ci ildən bu günə qədər ümumilikdə təqribən 700 nəfər Azərbaycan və Ermənistan tərəfinə geri qaytarılıb. 

Onlar arasında hərbçilərlə yanaşı mülki şəxslər də olub.