Qarabağ münaqişəsində itkin düşənlərin sayı açıqlandı

Qarabağ münaqişəsində itkin düşənlərin sayı açıqlandı
13:16 07-02-2019 | icon 71

Dağlıq Qarabağ münaqişəsi nəticəsində 4500 nəfərdən artıq insan itkin düşüb.

milletinsesi.info-ın məlumatına görə, bu barədə Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyində keçirilən tədbirdə çıxış edən itkin düşən şəxslərlə iş proqramının kordinatoru Daniel Messerli məlumat verib.

Onun sözlərinə görə, itkin düşənlər arasında hərbçilər və mülki şəxslər də var:

“Bu gün bizdə olan məlumata görə, Dağlıq Qarabağ münaqişəsi zamanı aralarında müxtəlif millətlərin nümayəndələrinin də olduğu 4500 nəfər itkin düşüb. Onlardan təxminən 3800 nəfəri Bakı nümayəndəliyi tərəfindən qeydə alınıb. Qalanları isə Yerevan nümayəndəliyi və Dağlıq Qarabağ missiyası tərəfindən qeydə alınıb. İtkin düşən şəxslərin 80 faizi hərbçilərdir”.

D.Messeri onu da əlavə edib ki, BQXK-nin həyata keçirdiyi əksər layihələr müvafiq dövlət orqanları ilə birlikdə hazırlanır:

“İtkin düşən şəxslər haqqında toplanan məlumatlar Əsir, İtkin və Girovlarla bağlı dövlət komissiyasının bazasına əlavə edilir. Gələcəkdə ekshumasiya məsələsi yaranarsa, həmin baza məlumatlarından istifadə ediləcək”.

Könül Cəfərli