Ucar sakini Hacıyeva Lalə Şahvələd qızı: "Saray və qarajlar tam yararsız və qəzalı vəziyyətindədir"

Ucar sakini Hacıyeva Lalə Şahvələd qızı: "Saray və qarajlar tam yararsız və qəzalı vəziyyətindədir"
19:42 06-02-2019 | icon 249

Ucar şəhəri Heydər Əliyev küçəsi 55-də yaşayan Hacıyeva Lalə Şahvələd qızı tərəfindən Millətinsəsi.info-nun redaksiyasına şikayət məktubu daxil olub. 

Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezidenti Mehriban Əliyevaya, eləcə də digər aidiyyatı qurumların rəhbərlərinə müraciət edən şikayətçi yazır:

"Mən Hacıyeva Lalə Şahvələd qızı Ucar şəhəri Heydər Əliyev küçəsi 55-də yaşayıram. İki azyaşlı övladım var. Yaşadığım evin sol həyətyanı hasarının digər hisəsində iki mərtəbəli kommunal yaşayış binasının sakinlərinə məxsus qaraj və  saray adlanan (həmin yaşayış binasındakı sakinlərin sözləri ilə )tikililər 70 il bundan əvvəl tikilmişdir. 

Hal-hazırda həmin saray və qarajlar tam yararsız və qəzalı vəziyyətindədir. İnsanların həyat və sağlamlıqları üçün ciddi təhlükə yaradır. Hardasa həmin tikililərin 30 metrəsi uçub dağılaraq mənim həyətimə tökülüb. Mənə məxsus həyətyanı sahənin həmin hissəsindən umumiyyətlə istifadə edə bilımirəm. İki azyaşlı uşağımda həyətə çıxa bilmir.

Yaranmış bu problemlə bağlı iki dəfə Ucar rayon İcra Hakimiyyətinin başcısı Mənsur Məmmədovun qəbulunda olmuşam. Mövcüd olan vəziyyətin şəkillərini ona təqdim etmişəm. Bir dəfəfədə sizə rəsmi müraciət etmişəm. Sonuncu müraciətimdən sonra Ucar rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədov icra hakimiyyətinin Ucar şəhəri  Ərazi Üzrə İcra Nümayəndəsi Abdulla İbrahimova problemin araşdırılaraq tədbir görülməsi  haqqında göstərişini verdi.

Abdulla İbrahimovda 2018-ci ilin dekabr ayının əvvəllərində iki nəfər ilə gəlib yaranan problemə yerində  baxdılar. İcra Nümayəndəsi Abdulla İbrahimov bir hissəsi uçub-dağılmış qalan hissəsi isə qəzalı vəziyyətdə olan saray və qarajların buldozerlə  tamamilə sökülərək hasarın yenidən tikiləcəyini bildirdi.

Ancaq bu günə kimi bu işlə bağlı heç bir tədbir görülmür. Aldada-aldada, günü-günə sataraq mənə verdikləri sözü yerinə yetirmirlər.

Yuxarıda qeyd etdiyim kimi həyətimin o hissəsindən istifadə edə bilmirəm. Özümündə maddi imkanım yoxdur. Aylıq məvacibi iki yüz manat olan satıcı işində işləyirəm. Ailəmin yaşayışını güclə təmin edirəm. Odur ki sizdən xahiş edirəm yaranmış bu problemin  və süründürməçiliyin həll olunması üçün mənə köməklik edəsiniz. Əvvəlcədən sizə öz təşəkkürümü bildirirəm".

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.