Qurban Yetirmişli: Şamaxı və İsmayıllı seysmoloji aktiv vəziyyətdədir

Qurban Yetirmişli: Şamaxı və İsmayıllı seysmoloji aktiv vəziyyətdədir
19:05 06-02-2019 | icon 71

Zəlzələ baş verən ərazidə 130-dan çox xırda təkanlar olub.

milletinsesi.info-ın məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində. Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSMX) baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hazırda təkanlar davam edir:

“Zəlzələnin bir neçəsinin maqnitudası 3 baldan yüksək olub. Şamaxı və İsmayıllı bölgəsi seysmoloji aktiv vəziyyətdədir. 2018-ci il seysmik xəritəsində həmin bölgə ən aktiv zona kimi müəyyən edilmişdi. Bu günlərdə sözügedən ərazidə güclü zəlzələnin olma ehtimalı gözlənilmir”.

Qurban Yetirmişli qeyd edib ki, ötən gecə əvvəlcə 5 bala yaxın, 11 dəqiqə sonra 6 bal gücündə təkan baş verib:

“23:31-də baş verəcək zəlzələnin maqnitudası, yeri barədə dəqiq məlumat verilə bilməzdi. Orta müddətli proqnozu dəfələrlə vermişik. Lakin bunu ictimaiyyətə yaymaq doğru deyil. Dünən insanların hadisə zamanı qaçarkən xəsarət alması əhalinin buna hazır olmadığını göstərir.

Gecə ilə parametrlərin hamısı verilib. Bu gün səhər tezdən helikopterlə hadisə yerində olmuşuq. Bəzi kəndlərdə yerləşən evlərdə çatlar yaranıb, keyfiyyətsiz tikilmiş evlərdə dağıntılar var. İsmayıllı-Ağsu bölgəsində işlər gedəcək”.