Qida Təhlükəsizliyi Agentliyində yeni - TƏYİNAT

Qida Təhlükəsizliyi Agentliyində yeni - TƏYİNAT
15:15 04-02-2019 | icon 263

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyində kadr dəyişikliyi olub.

AQTA-dan milletinsesi.info-a bildirilib ki, agentliyin sədri Qoşqar Təhməzlinin imzaladığı əmrə əsasən, Zəkiyyə Mustafayeva Aparat rəhbəri təyin edilib:

“Artıq bir neçə gündür Zəkiyyə Mustafayeva vəzifəsini icra edir”.

Qeyd edək ki, Zəkiyyə Mustafayeva 2010-2018-ci illərdə Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb.

 Zəkiyyə Mustafayeva 1968-ci ildə Bakı şəhərində anadan olub. Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsini fərqlənmə diplomu ilə bitirib, daha sonra Xəzər Universitetində ictimai sağlamlıq ixtisası üzrə magistr dərəcəsi alıb. Hazırda London Universitetinin Gigiyena və Tropik Təbabət üzrə London Məktəbinin magistrantıdır.
Əmək fəaliyyətinə 1996-cı ildə başlayıb. 1996-2009-cu illərdə səhiyyə sahəsində dövlət və özəl müəssisələrdə, o cümlədən beynəlxalq təşkilatlarda inzibati vəzifələrdə işləyib. 2010-2018-ci illərdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışıb.
Qeyd edək ki, Z. Mustafayeva Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2016-ci il tarixli Sərəncamı ilə səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə “Tərəqqi” medalı ilə təltif edilib.