Şəmkir MRX-nın baş həkimi şəhid atasına hörmətsizlik edir - VİDEO

Şəmkir MRX-nın baş həkimi şəhid atasına hörmətsizlik edir - VİDEO
14:03 04-02-2019 | icon 250

81 yaşlı şəhid atası Prezidentə müraciət etdi

Qasımov Qasım: "Şəmkir Mərkəzi Xəstəxanasının Baş Həkimi Ayaz İbrahimov məni süründürüb"


Ölkəmizin suverenliyi və ərazi bütövlyü uğurunda gedən 1-ci Qarabağ müharibəsində Murovdağ istiqamətində "güzgü" deyilən strateji yüksəklik uğurunda gedən döyüşdə oğlu Elman Qasımovu itirən Şəmkir rayonun Yuxarı Seyfəli kənd sakini Qasımov Qasım Qurban oğlu XİA.az saytı vasitəsi ilə Prezidentə şikayət edib.

Şəhid atası ötən il maşın almaq üçün Tibbi arayış üçün Şəmkir rayon Mərkəzi xəstəxanasının Baş həkimi Ayaz ibrahimova müraciət edib. Baş həkim 81 yaşlı kişini bir ay xəstəxanaya getizdirib aparmaqla yollarda süründürüb.

Nəticədə şəhid atası bütün xəstəxananın şöbələrindən keçərək 1000 manatdan çox ziyana düşdüyünü iddia edir. Sonda şəhid atası ona qarşı hörmətsizlik edən bu məmur barəsində ölçü götürülməsini xahiş edir.