Polşalı general Avropa İttifaqında 15 min ukraynalı hərbçiyə TƏLİM KEÇƏCƏK

 29-10-2022

Polşalı general Pyotr Tritek Avropa İttifaqının Ukrayna qoşunlarına təlim keçirilməsi üzrə missiyanın komandiri təyin edilib.

General ukraynalı əsgərlərin beynəlxalq təlimlərini koordinasiya edəcək.

Söhbət şəxsi heyətin hazırlanmasından, logistikanın, tibb müəssisələrinin təşkili üzrə təlimlərin keçirilməsindən, həmçinin bioloji, kimyəvi və ya nüvə silahlarının tətbiqi halında Ukrayna ordusunun hazırlanmasından gedir.

Operativ komandanlıq Nova Demba şəhərində yerləşəcək. İkinci operativ qərargah Almaniyada olacaq və ancaq bu ölkədəki missiyalar üçün nəzərdə tutulacaq.

Həmçinin Brüsseldə də inzibati komandanlıq olacaq.

Birinci mərhələdə 15 min ukraynalı hərbçiyə təlim keçiriləcək. Təlim missiyasına noyabrda start verilməsi planlaşdırılır. Təlimlərin əksəriyyəti Polşada baş tutacaq.

Bildirilir ki, general Pyotr Tritek İraq və Əfqanıstanda xidmət edib.

Mənbə: UNİAN

Bənzər yazılar

0.42090106010437