İnsanları öldürən qrip yox, stafilakoks pnevmoniyadır

İnsanları öldürən qrip yox, stafilakoks pnevmoniyadır
15:00 11-01-2019 | icon 137

“Donuz” və “Quş” adlı qrip - hamısı birdir. Qripin adı yayılma yeri ilə əlaqədardır. Bu qrup növlərinin hər biri H1N1dir. 

milletinsesi.info-ın məlumatına görə, bunu Klinik Tibbi Mərkəzin Yoluxucu xəstəliklər şöbəsinin müdiri Mahir Rəhimov bildirib.

Onun sözlərinə görə, insanların ölümünə səbəb “donuz qripi” virusu deyil:

“Buna səbəb stafilakoks pnevmoniyadır. İnsanlar Vitamin C, çoxlu su qəbul etsinlər. Qızdırmalı və xəstə insanlardan uzaq dursunlar. Əgər işdə xəstə adam varsa, gəlməsin, izolə olunsun”.

Respublikanın baş epidemioloqu İbadulla Ağayev isə qeyd edib ki, 2006-cı ildən respublikada “quş qripi” olan zamandan bu günə qədər Səhiyyə Nazirliyinin bütün qurumları yoluxucu xəstəliklərlə mübarizə aparmağa hazırdır.