Azərbaycanda donuz qripi yoxdur?

Azərbaycanda donuz qripi yoxdur?
16:48 11-01-2019 | icon 42

Azərbaycan ərazisində donuz qripi yoxdur.

milletinsesi.info-ın məlumatına görə, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu Abdulla Ağayev bildirib.

Onun sözlərinə görə, qonşu ölkələrdə “donuz qripi”nin yayıldığı elan olunur:

“Bunlar törədici virusdur. “Donuz qripi” üçün ayrıca peyvənd yoxdur. Əgər virusa yoluxma epidemik həddi keçərsə, ölkədə vaksinasiya aparılar. Birmənalı olaraq ölkə ərazisində “donuz qripi” virusu yoxdur və yoluxma müşahidə edilməyib. Qrip virusu var və bu, müxtəlif dövrlərdə olub və olacaq”.

O qeyd edib ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə üç klinikada xüsusi palatalar ayrılıb.

Abdulla  Ağayev bildirib ki, Bakıda fəaliyyət göstərən dərman depoları icazəsiz dərman sata bilməz.

Onun sözlərinə görə, dərman depoları Səhiyyə Nazirliyinin tabeliyindədir:

“Nazirliyin icazəsi olmadan heç bir dərman preparatını sata bilməzlər. “Donuz qripi” peyvəndi ilə bağlı yayılan məlumat yalandır. Özəl klinikalar tərəfindən hər hansı dərman gətirilə bilər, lakin bu barədə nazirliyin icazəsi olmalıdır”.

Baş epidemioloq qeyd edib ki, Gürcüstanda “donuz qripi”ndən ölən 14 nəfər xüsusi stansionarlarda olur və izolə edilir:

“Ora gedən soydaşlarımız onlarla təmasda olmur. Qonşu ölkəyə gedən azərbaycanlılar özünü qorumalıdır və qoruyucu vasitələrdən istifadə etməlidir”.

Abdulla Ağaeyev qeyd edib ki, fırıldaqçılar Səhiyyə Nazirliyindən istifadə edib, binaları dezinfeksiya edirdilər:

“Artıq hüquq-mühafizə orqanları həmin şəxsləri saxlayıb”.