Nazpəridən mərhum klarnet ustasının ailəsinə dəstək - VİDEO

Nazpəridən mərhum klarnet ustasının ailəsinə dəstək - VİDEO
10:25 11-01-2019 | icon 82

Bir neçə gün öncə mərhum klarnet ifaçısı Zahid Sabirabadlının həyat yoldaşı Leyli xanımın efir vasitəsilə insanlardan kömək istəməsi barədə xəbər vermişdik.

milletinsesi.info-ın xəbərinə görə, klarnet ifaçısının xanımı evlərinin kredit pulunun üç ildir ödənmədiyinə görə əllərindən çıxacağını bildirərək, hər kəsdən imkanı çatan köməyi etməsini xahiş etmişdi.

Onun müraciəti cavabsız qalmadı, tezliklə şou-biznes nümayəndələri də efirə çıxaraq ona kömək etmək üçün çağırışlar etdilər. Ən böyük yardımı isə Azərbaycanın Xalq artisti Nazpəri Dostəliyevadan gəlib.

O, Leylinin çağırışından dərhal sonra Nazpəri adlı nəvəsi vasitəsilə 5000 manat məbləğində yardım göstərib. Hazırda klarnet ustasının ailəsinə yardım kampaniyası davam etdirilir.

Qeyd edək ki, Zahid Sabirabadlı 2018-ci ilin dekabr ayında, 46 yaşında ürək tutmasından vəfat edib.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar