Bakıda çay evində qan töküldü - VİDEO

Bakıda çay evində qan töküldü - VİDEO
09:10 11-01-2019 | icon 35

Gecə saatlarında paytaxtın Binəqədi rayonunun Mir Cəlal küçəsində bıçaqlanma hadisəsi baş verib.

milletinsesi.info-ın xəbərinə görə, 1975-ci il təvəllüdlü Abdulkərimov Elşən Həsən oğlu naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb.

Hadisə, həmin ərazidə olan çay evlərinin birində baş verib. 

Yaralı təcili olaraq 1 saylı Şəhər Klinik xəstəxanasına çatdırılıb. E.Abdulkərimova qarının kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub. Xəstənin vəziyyəti hazırda orta-ağırdır. 

Faktla bağlı araşdırma aparılır.

Elvin Nüsrətoglu, Elşad Mətləboğlu

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar