Coratda güclü yanğın olub

Coratda güclü yanğın olub
01:00 11-01-2019 | icon 137

Sumqayıtda yanğın olub.

milletinsesi.info Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə şəhərin Corat qəsəbəsində baş verib.

Ümumi sahəsi 200 m² olan ikimərtəbəli dörd otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda tikilmiş ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 2 m² sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.