Toydan qayıdan iki dost körpüdən yıxıldı: biri öldü, digəri yaralandı

Toydan qayıdan iki dost körpüdən yıxıldı: biri öldü, digəri yaralandı
12:48 11-01-2019 | icon 71

Şəmkir rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

milletinsesi.info “Report”a istinadən xəbər verir ki, Göygöl rayonunun Balçılı ərazisində yerləşən şadlıq saraylarının birindən çıxan Şəmkir rayon sakinləri - 1981-ci il təvəllüdlü Mehdixanov Ramin Məzahir oğlu və 1980-ci il təvəllüdlü Rəsulov Ramin Çoban oğlu rayonun Seyfəli kəndinə gedən yolda olan körpüdən yıxılaraq ağır xəsarət alıblar.

Hər iki şəxs xəstəxanaya aparılsa da, onlardan biri - R. Mehdixanov ölüb, digər şəxs isə ağır vəziyyətdə Gəncə şəhərində yerləşən özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə, hadisə ehtiyatsızlıqdan baş verib.

Faktla bağlı araşdırma aparılır.