İki azərbaycanlı Gürcüstan sərhədində cərimələndi

İki azərbaycanlı Gürcüstan sərhədində cərimələndi
20:21 09-01-2019 | icon 74

“Qırmızı körpü” sərhəd-keçid məntəqəsinin əməkdaşları iki Azərbaycan vətəndaşından qeydiyyata alınmamış qızıl aşkar ediblər. 

milletinsesi.info 1tv.ge portalına istinadən xəbər verir ki, Azərbaycan vətəndaşlarının avtomobilinin yük hissəsindən dəyəri 11 804,56 lari (təxminən 7460 manat – red.) olan 171,29 qram qızıl aşkar edilib. 

Gürcüstanın Vergi Məcəlləsinə uyğun olaraq, azərbaycanlılar 11 804,56 lari (təxminən 7460 manat – red.) məbləğində cərimələniblər.