Sabiq deputat səhhətindən danışdı: Şəkərdən əziyyət çəkirəm

Sabiq deputat səhhətindən danışdı: Şəkərdən əziyyət çəkirəm
20:19 09-01-2019 | icon 109

Səhhətimdə problemlər hələ də qalmaqdadır. Həm güclü qan təzyiqindən, həm də şəkərdən əziyyət çəkirəm. Yeriməyimdə, hərəkət etməyimdə müəyyən qədər çətinliklər var. Müalicələri davam etdirirəm.

Bunu milletinsesi.info-a açıqlamasında eks millət vəkili, sabiq icra başçısı, YAP Səbail rayon təşkilatının üzvü Səmayə Piriyeva deyib.

O qeyd edib ki, artıq neçə illərdir ki, səhhətində yaranan problemlərdən əziyyət çəkir:

“Səhhətimdə yaranan və davam edən problemlərə baxmayaraq, ölkədə gedən prosesləri, olan-bitənləri izləməyə çalışıram, həm mətbuat, həm internet resursları vasitəsilə.

Düzdür, aktiv fəaliyyətdən kənarda olsam da, ölkəmizdə baş verənlər və ölkəmizlə bağlı kənarda yaşananlar hamı kimi, məni də maraqlandır, çalışıram ki, bunlar barədə məlumatlı olum.

Ölkəmizin uğurları məni sevindirir. Arzu edirəm ki, digər həllini gözləyən məsələlər, o cümlədən, Qarabağ problemi öz çözümü tapsın. Bu, hamımızın arzumuzdur, diləyimizdir. Hər kəsə saytınız vasitəsilə can sağlığı, firavanlıq arzulayıram”, - deyə S.Piriyeva əlavə edib.

Qeyd edək ki, S.Piriyeva 1995-2000-ci illər arasında Milli Məclisin (MM) ilk çağırış deputatlarından olub və 1999-2000-ci illərdə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışıb. Hazırda təqaüddədir.