İki azərbaycanlı Kiyevdən deportasiya edildi

İki azərbaycanlı Kiyevdən deportasiya edildi
16:20 09-01-2019 | icon 142

Kiyevin “Julyanı” aeroportunda təyyarə ilə Bakıdan Kiyevə gələn üç nəfər saxlanılıb. Onlardan ikisi Azərbaycan, biri Rusiya vətəndaşıdır. 

milletinsesi.info Ukrayna KİV-ə istinadən xəbər verir ki, bununla bağlı Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb. 

Bildirilib ki, həmin şəxslər Ukraynaya gəlmə səbəblərini açıqlaya bilməyiblər. Bu zaman Rusiya vətəndaşı sərhədçilərə 200 dollar rüşvət təklif edib ki, onları ölkəyə buraxsınlar. 

Məsələ ilə əlaqədar Rusiya vətəndaşı saxlanılıb. Onun barəsində cinayət işi açılıb. 

Azərbaycanlıların isə Ukraynaya girişinə üç illik məhdudiyyət qoyulub. Onlar növbəti reyslə Kiyevdən Bakıya deportasiya edilib.