Məmmədyarov və Mnatsakanyan yanvarda görüşə bilər

Məmmədyarov və Mnatsakanyan yanvarda görüşə bilər
15:15 08-01-2019 | icon 149

ATƏT-in Minsk qrupunun həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Elmar MəmmədyarovZöhrab Mnatsakanyana bu ilin yanvarında görüşməyi təklif ediblər. 

milletinsesi.info xəbər verir ki, bununla bağlı “Sputnik Ermənistan”a Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan məlumat verib. 

“Həmsədrlər yanvarda görüşməyi təklif ediblər. Görüşlə bağlı razılıq əldə ediləndən sonra geniş məlumat veriləcək”, - Naqdalyan bildirib. 

Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında son görüş dekabrın 5-də ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə Milanda baş tutub. Tərəflər bu formatda görüşlərin davam etdirilməsi və danışıqların dinamikasının saxlanılması ilə bağlı razılığa gəliblər.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar