Xudatda partlayış: yaralananlar var

Xudatda partlayış: yaralananlar var
20:08 06-12-2018 | icon 33

Bu gün axşam saatlarında Xudat şəhərinin Əliağa Vahid küçəsində yaşayış evlərindən birində partlayış baş verib.

milletinsesi.info AZƏRTAC-a istinadən xəbər verir ki, partlayış nəticəsində evdə olan iki nəfər ağır xəsarət alıb.

Onlar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin ehtimala görə, partlayışa səbəb qaz balonunun partlaması olub.

Faktla bağlı araşdırma aparılır.