Paşinyan Rusiyada Qarabağdan danışdı: Kimə güvənə bilərik?

Paşinyan Rusiyada Qarabağdan danışdı: Kimə güvənə bilərik?
20:10 06-12-2018 | icon 74

Ermənistanı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) təşkilatı çərçivəsində heç kim müttəfiq öhdəliklərini yerinə yetirməməkdə ittiham edə bilməz.

milletinsesi.info-ın “Sputnik Ermənistan”a istinadən xəbərinə görə, bu barədə Ermənistan baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyan Sankt-Peterburqda erməni icması ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, ətrafında müzakirələr aparılan təşkilatın baş katibi vəzifəsi sadəcə KTMT-yə üzv ölkələrin qarşılıqlı öhdəlikləri ilə bağlı problemin üzə çıxarılmasının bir yoludur.

Paşinyan qeyd edib ki, Ermənistan həmişə İttifaqa sadiq olduğunu sübut edib.

“Lakin bunu bəzi tərəfdaşlara aid etmək olmaz. Ermənistan hakimiyyəti hesab edir ki, bu münasibətlərə aydınlıq gətirilməlidir”, - deyə o bildirib.

“Biz bilməliyik kimə güvənə bilərik, kimə isə yox. Əminəm ki, KTMT Azərbaycanın Qarabağ məsələsində qarşısını ala bilər. Lakin KTMT bunu edəcəkmi? Məsələ bundadır. Bizim üçün bu strateji əhəmiyyətli məsələdir. Baş katib məsələsi isə ikinci və ya üçüncü plana düşür”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, baş katib vəzifəsində “həmişə Belarus təmsilçisi ola bilər”, lakin bütün öhdəliklər yerinə yetirilməlidir. 

“KTMT-yə üzv ölkələrin Qarabağ münaqişəsinə dair mövqeləri yoxlanılmalıdır”, - deyə o bildirib.