Elit Star Cəmilə: İlk dəfə “yupka” qaldırmağı mən etmişəm - VİDEO

Elit Star Cəmilə: İlk dəfə “yupka” qaldırmağı mən etmişəm - VİDEO
17:45 06-12-2018 | icon 49

Dörd qat Azərbaycan çempionuyam, birbaşa mərkəzdən vururam.

milletinsesi.info xəbər verir ki, ARB TV-nin “Səhər-Səhər” verlişində “Plastik əməliyyatın qurbanları” adlı mövzu müzakirə olunub.

Mövzu ilə bağlı “Səhər-Səhər” verilişinə müsahibə verən Elit Star Cəmilə səhv edən həkimin xətasını bir başqasına düzəltdirdiyini deyib:

“İlk dəfə Merlin Manronu mən canlandırmışam. İlk dəfə, 2001-ci ildə “yubkanı” qaldırmağı və saç düzümünü mən etmişəm. Həqiqətən, bədən ölçülərim 60-90-60-dır. Uzaqbaşı indi 62-63 ola bilər. Hər zaman fiquramı saxlayıram. Həkimlərin birinə gedirəm, səhv edir, gedirəm o biri onun səhvini düzəldir. Öz dodağıma, öz simama qayıtdım. Məni, doğrudan, pis etmişdilər”.

Müğənni başqalarının fikrinin onun üçün önəmli olmadığını deyib:  

“Öz fikrim, öz stilim, öz danışığım var. Mən özüm bilərəm, nəyi necə, harada edirəm. 88-90 faiz bütün qlobusu gəzmişəm. Azərbaycan, rus, ingilis dilini bilirəm. Hələ gəlin mənim səviyyəmə çatın, sonra danışarsınız. Kompüter arxasında oturanların bəziləri qozbeldir, bəziləri o qədər eybəcərdir ki...

İnsan küçədə görsə, qorxar. Oturub şərh yazırlar. Dörd qat Azərbaycan çempionuyam. Qaçış, üzgüçülük, at çapmaq, dağa dırmanmaq, güllə atmaq. Birbaşa mərkəzdən vururam”.

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar