Vasif Talıbovdan yeni təyinat

Vasif Talıbovdan yeni təyinat
18:16 06-12-2018 | icon 49

Culfa Rayon İcra Hakimiyyətində kadr təyinatı olub.

milletinsesi.info Report-a istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Sərəncamla Vüsal Məmmədzadə Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib.