Ağdamda evi başına uçan Zəhra ana prezidentən kömək istəyir

Ağdamda evi başına uçan Zəhra ana prezidentən kömək istəyir
17:10 06-12-2018 | icon 67

Agdam rayonundan növbəti şikayət sosial şəbəkələrdə yayılıb.

Paytaxt.org bildirir ki, Ağdamın Səfərli kənd sakini Səfərova Zəhra Göüş qizi hər an başına uça biləcək evi ilə maraqlanmayan yerli məmurlarla bağlı prezidentə və mediaya video müracət edib.

Bildirilib ki, zəlzələdə zərər görmüş ailə başçısı kimi, bir ildi icra hakimiyyətinə xahişə, minnətə getsədə qəzalı vəziyyətdə olan evinin problemini həll edən tapılmır.

Zəhra xanım deyib ki, bir dəfə icra hakimiyyətindən və FHN-nin rayon şöbəsindən gəlib baxsalarda yenə də problemə çarə qılan olmayıb. Hər iki dövlət qurumlarının rəsmiləri döyüş zonası oluğu üçün əllərindən bir iş gələməyəcəklərini bildiriblər.


Ağdamda narazılıq artır - evi başına uçan Zəhra ana prezidentən kömək istəyir (VİDEO)
Ağdamda narazılıq artır - evi başına uçan Zəhra ana prezidentən kömək istəyir (VİDEO)
Bundan sonra şikayətçi Z. Səfərova Ağdam rayonuna yeni təyin olunmuş icra başçısı Vaqif Həsənovada üz tutub. Bu fəfədə cəm dəyişməyib. Yaşlı ana da çarəsiz qaldığı üçün sosial şəbəşəkədə video müraciətlə Prezident İlham Əliyevdən və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevadan kömək istəyib.

Onuda qeyd edək ki, 2017-ci il 15 noyabrda Ağdam rayonunda baş verən zəlzələ nəticəsində 127 ev xəsarət alıb bir ev tamamı ilə dağılıb. Hələdə zərər çəkən ailələrə heç bir yardım olunmayıb.

Paytaxt.org həmin video müraciəti təqdim edir: