Paytaxtın “Abad məhəllə”lərində idman yarışlarına start verildi

Paytaxtın “Abad məhəllə”lərində idman yarışlarına start verildi
14:36 06-12-2018 | icon 85

Ölkə başçısı cənab İlham Əliyevin tapşırıqlarına əsasən ölkəmizin hər bir güşəsində, o cümlədən paytaxtımız Bakı şəhərinin bütün rayonlarında, qəsəbə və yaşayış sahələrində geniş miqyaslı abadlıq və quruculuq işləri aparılır, yeni abad məhəllələr salınır.

«Abad məhəllə» layihəsi çərçivəsində abadlıq və yaşıllaşdırma tədbirləri həyata keçirilir, məhəllələrdə futbol, basketbol meydançalarıvə digər idman qurğuları da quraşdırılaraq əhalinin, xüsüsənyeniyetmə və gənclərin istifadəsinə verilir.Artıq bir neçə gündür ki, BakıŞəhərGənclər və İdman Baş İdarəsi tərəfindən «Abad məhəllə» layihəsiçərçivəsində paytaxt rayonlarının ərazilərində yeni yaradılmış abad həyətlərdə məhəllələrarası futbol və şahmat yarışlarının təşkili və keçirilməsinə başlanmışdır.  

Millətinsəsi.info xəbər verir ki, yeni salınmış məhəllələrdə mini futbol və şahmat turnirləri çərcivəsində ilk yarışa Nizami rayonunda start vermişdir. Nizami rayonbələdiyyəsinin meydancasında start götürən turnirin rəsmi açılış mərasimində Nizami Rayon İcra Hakimiyyəti Başçısının muavini Gülnaz İsrafilova, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nizami rayon Gənclər və İdman İdarəsinin rəisi Ziyad Əzizov və digər rəsmi şəxslər iştirak etmiş, yarış iştirakçılarını salamlayaraq onlara uğurlar arzulamışlar. Sonra ilk oyun keçirilmişdir. Turnir çərçivəsində eyni gündə Yasamal və Nərimanov rayonunlarında2 həyətdə şahmat yarışlarına, Xəzər rayonunda isə mini futbol yarışına başlanmışdır.

Paytaxtın rayonlarında yeni istifadəyə verilmiş «Abad məhəllələr»də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və paytaxtın rayon Gənclər və İdman İdarələrinin təşkilatşılığı ilə keçirilənmini futbol və şahmat üzrəturnirlər 2 mərhələdə - rayondaxili və şəhər final mərhələsi üzrə keçiriləcəkdir. Ümümilikdə hər iki mərhəllə üzrə keçiriləcək mini-futbol yarışlarında 130 komanda tərkibində 1300 nəfər, şahmat yarışlarında 200 nəfər yeniyetmənin ( ümümilikdə 1500 nəfər) iştiraki nəzərdə tutulmuşdur.

Həyət sakinləri bu yarışları böyük maraqla izləyirlər.