Paşinyanın gizli telefon danışıqlarının detalları - VİDEO

Paşinyanın gizli telefon danışıqlarının detalları - VİDEO
14:40 06-12-2018 | icon 56

 

 

Ermənistan baş naziri vəzifəsini icra edən Nikol Paşinyanın ölkənin Milli Təhlükəsizlik Xidmətinin direktoru Artur Vanetsyanla telefon danışığının səs yazısı internetdə yayılıb. Onlar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sabiq baş katibi Yuri Xaçaturovun həbsini və mümkün sonucları müzakirə edirlər. Vanetsyan bildirib ki, Xaçaturovun mümkün həbsi ruslarla münasibətləri gərginləşdirə bilər.

milletinsesi.info Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ilə birlikdə danışıqların detallarını diqqətinizə çatdırır. 

Vanetsyan həmin gün bir neçə dəfə Paşinyana zəng edib. Zənglərdən birində Nikol Paşinyan iclasda olduğunu bildirib. Daha sonra Vanetsyan Paşinyana deyib ki, Xaçaturovun həbsi ruslara pis təsir edib, onları qıcıqlandırıb.

“Rusiyanın kəşfiyyatı (daha sonra Vanetsyan aydınlaşdırıb ki, söhbət Xarici Kəşfiyyat İdarəsindən gedir – red.) ilə yanaşı, Federal Təhlükəsizlik Xidmətinin nümayəndələri yanıma gəlmişdilər. Onlar deyirdilər ki, biz bunu etməyək. Deyirlər ki, heç olmasa KTMT rəhbəri vəzifəsindən çıxarın, sonra həbs edin”, - SAM direktoru bildirib.

Paşinyan soruşur: “Birdən getsə və daha qayıtmasa?” Vanetsyan cavab verir ki, onu heç yerə buraxmaq olmaz. 

Paşinyan və Vanetsyan arasında baş tutan bu qısa danışıqdan bir sıra vacib məqamları vurğulamaq olar. 

SAM-ın direktoru Fərhad Məmmədovun sözlərinə görə, bu, KTMT-nin sabiq rəhbəri ilə bağlı internetdə yayımlanan ikinci səs yazısıdır. 

“Vanetsyanın dediyi kimi, Ermənistan Milli Təhlükəsizlik Xidməti bu səs yazısının kimlər tərəfindən və necə yayıldığını araşdıra bilməyib. Nəinki sifarişçiləri, hətta onu internetə yerləşdirən şəxsləri tapmaq mümkün olmayıb. Ermənistan MTX yalnız dinləmənin İspaniyadan aparıldığını müəyyən edə bilib”, - müsahibimiz bildirib. 

Məmmədovun fikrincə, Yerevanda araşdırmalar gedən zaman Ermənistan baş naziri Nikol Paşinyanın səs yazısı internetdə yayımlanıb. 

“Bu danışıqdan dəqiq başa düşmək olar ki, Moskva həbslərlə bağlı narazılığını Yerevana çatdırıb. Bu, ondan xəbər verir ki, Ermənistanda məhkəmə sistemi icra hakimiyyətinin tabeliyindədir. Və Paşinyanın Ermənistanda demokratik, hüquqi dövlətin inkişaf etdiyini deməsinə baxmayaraq, bu məsələ əksini sübut edir”, - o deyib. 

Müsahibimiz əlavə edib ki, bu gün Ermənistanda Serj Sarqsyanın prezidentlik dövründə baş verənlər təkrarlanır. Ermənistanda bir nəfərin avtoritar rejimi olub və hazırda da fəaliyyət göstərir. 

“Daha bir vacib məqamlardan biri bu danışığın yayımlandığı dövrlə bağlıdır. Ermənistanda parlament seçkilərinə bir neçə gün qalmış və Paşinyanın Rusiyaya səfəri günü səs yazısı yayılıb. Məlumdur ki, o, Rusiyada prezident Vladimir Putinlə görüşəcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib ki, KTMT dövlət başçılarının dekabrın 6-na planlaşdırılan sammitinin vaxtı erməni tərəfinin xahişi ilə dəyişdirilib”, - Məmmədov qeyd edib. 

Onun sözlərinə görə, gözləmək olardı ki, Paşinyan seçkilərə üç gün qalmış KTMT baş katibliyi ilə bağlı razılığa gəlinməməsinin onun gələcəkdəki siyasi taleyinə mənfi təsir edəcəyini başa düşürdü. 

“Sonra bütün bunlar da təkzib olunub. Xatırladım ki, dünən Ermənistanda ilk dəfə parlament debatı keçirilib. Orada Respublika Partiyasının nümayəndəsi bəyan etdi: “Hər şey o həddə gəldi çıxdı ki, Ermənistan siyasətinin səviyyəsi Nikol Paşinyanın müxtəlif ölkələrdəki qurumlarının mətbuat xidmətləri ilə danışığı ilə ölçülməyə başladı”, - Məmmədov qeyd edib. 

SAM direktoru əlavə edib ki, Paşinyan hələ də dövlət idarəçiliyində ona tapşırılan rolu başa düşmür. 

Ə.Ş.