Eks-nazir qardaşı 140 min dolları hədə-qorxu ilə alıb

Eks-nazir qardaşı 140 min dolları hədə-qorxu ilə alıb
15:03 06-12-2018 | icon 47

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşı Əvəz Əhmədovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. 

milletinsesi.info xəbər verir ki, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. 

Sonra zərərçəkmiş şəxs Rəşad Tahirov təqsirləndirilən şəxsə qarşı 140 min manat məbləğində mülki iddia qaldırıb. 

Məhkəmə mülki iddianı icraata götürüb. 

Məhkəmə baxışı dekabrın 19-na təyin edilib. 

Qeyd edək ki, Ə.Əhmədov iki nəfərin 140 min manat pulunu hədə-qorxu ilə ələ keçirməkdə günahlandırılır.

Onun barəsində Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu ilə tələb etmə, külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Əvəz Əhmədov Naxçıvan Muxtar Respublikasının sabiq daxili işlər naziri Əhməd Əhmədovun qardaşıdır.