Ölkəyə qanunsuz yolla 125 telefon keçirmək istədilər - VİDEO

Ölkəyə qanunsuz yolla 125 telefon keçirmək istədilər - VİDEO
12:45 06-12-2018 | icon 22

Azərbaycan vətəndaşının idarə etdiyi “Mercedes Benz 250D” markalı avtomobil Gürcüstandan qayıdarkən Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olmuş məlumat əsasında, idarənin “Qırmızı Körpü” gömrük postunda saxlanılıb.

Komitədən milletinsesi.info-a bildirilib ki, şifahi sorğu-sual zamanı vətəndaş nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirsə də, avtomobilin salonunda, sol karnizlərin içərisində, xüsusi düzəldilmiş saxlanc yerlərində bir ədəd “Samsung”, 56 ədəd “X-inova”, 28 ədəd “NYHN”, 21 ədəd “Kgtel” və 19 ədəd “Odscn” markalı mobil telefonlar aşkarlanıb.

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar