Kirayəçi və ev sahibi arasında niyə mübahisə yaranır? - VİDEO

Kirayəçi və ev sahibi arasında niyə mübahisə yaranır? - VİDEO
14:01 06-12-2018 | icon 79

Evini kirayə verən şəxslərin tez-tez üzləşdiyi problemlərdən biri də təhvil verdiyi avadanlıqları olduğu kimi geri ala bilməməsidir. Xaçmaz sakini Murad Sərudi bildirir ki, bir neçə dəfə evini kirayə verdiyi şəxslə arasında mübahisə yaranıb.

milletinsesi.info-ın məlumatına görə, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Uzun illərdir ev alqı-satqısı ilə məşğul olan Qadir Həsənbəyovun sözlərinə görə, belə problemlər tez-tez yaranır.

Adətən, ev sahibi əşyaların zədələndiyini və ya dəyişdirildiyini görəndə narazılığını bildirir. Yarana biləcək anlaşılmazlıqların qarşısını almaq üçün onlar təhvil-təslim prosesində öz şirkətlərinin daxili müqaviləsini tərəflər arasında imzaladır.