Xalq artisti: Məsələni Fəxrəddinlə teatr özü çözəcək

Xalq artisti: Məsələni Fəxrəddinlə teatr özü çözəcək
14:39 06-12-2018 | icon 62

Bu məsələ Fəxrəddin Manafovla Rus Dram Teatrı arasında olan bir məsələdir. İnanıram ki, onlar özləri də bu məsələni çözə biləcək.

Bunu milletinsesi.info-a açıqlamasında tanınmış rejissor, Xalq Artisti Ramiz Həsənoğlu Xalq artisti Fəxrəddin Manafovun Rus Dram Teatrından getməsinə, istefasına münasibətini bildirərkən deyib.

Məsələnin detallarını yaxından bilmədiyini qeyd edən R.Həsənoğlu, ümumiyyətlə, bu məsələyə qarışmaq istəmədiyini sözlərinə əlavə edib.

“Bu onların öz arasında baş verən bir məsələdir. Mən bu məsələyə qarışmaq istəmirəm, niyə də qarışmalıyam ki?! Bunu etik saymıram”, - deyə R.Həsənoğlu bildirib.

Qeyd edək ki, bundan illər əvvəl digər korifeylər - Xalq artisti Şəfiqə Məmmədova (“Azdrama” və kinodan) və Xalq artisti mərhum Fuad Poladov (“Azdrama” və “Rusdram”dan) inciyərək və digər səbəblərdən böyük səhnədən getmişdilər.

R.Həsənoğlu bununla bağlı sorğumuza cavabında qısa şəkildə “Bu, onların öz daxili dünyasından gələn bir addım idi. Kimsənin ona qarışması düzgün olmazdı, o cümlədən, mənim”, - deyə vurğulayıb.