Nazirlik: “Bal-E” raket sistemlərini almaq niyyətimiz olmayıb

Nazirlik: “Bal-E” raket sistemlərini almaq niyyətimiz olmayıb
09:55 06-12-2018 | icon 60

Müdafiə Nazirliyi son günlər müxtəlif KİV-lərdə “Bal-E” raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Azərbaycana satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatlara cavab verib.

Nazirlikdən milletinsesi.info-ın sorğusuna cavab olaraq bildirilib ki, raket alınması barədə danışıqlar aparılmayıb:

“Rəsmi olaraq bildiririk ki, adıçəkilən “Bal-E” raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksin əldə olunması niyyətimiz də olmayıb. Eyni zamanda, onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket kompleslərindən istifadə edilir”.

İlhamə Əbülfət

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar