Müdafiə naziri cəbhəboyu zonada – FOTO\VİDEO

Müdafiə naziri cəbhəboyu zonada – FOTO\VİDEO
20:30 05-12-2018 | icon 61

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən, cəbhəboyu zonada olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov və Nazirliyin digər rəhbər heyəti bır sıra hərbi təyinatlı obyektlərdə olub.

Müdafiə Nazirliyindən milletinsesi.info-a verilən məlumata görə, ön xətdə yerləşən tank hərbi hissəsinin açılışında iştirak edən nazir burada yaradılan şəraitlə tanış olub və müvafiq göstərişlər verib.

Yeni tikilən inzibati və xidməti obyektlərə, həmçinin burada saxlanılan hərbi texnikalara baxış keçirən Z. Həsənov tank heyətlərinin hazırlığını yoxlayıb və zirehli texnikanın döyüş tətbiqi ilə bağlı tapşırıqlar verib.

Sonda müdafiə naziri tankçılarla birgə nahar edib.

milletinsesi.info yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar