Rafiq Bayramov 3-cü Ümumdünya Mədəniyyət və Turizm Konfransında bir sıra görüşlər keçirib

Rafiq Bayramov 3-cü Ümumdünya Mədəniyyət və Turizm Konfransında bir sıra görüşlər keçirib
19:09 05-12-2018 | icon 51

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası mədəniyyət  nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti cari ilin 3-5 dekabr tarixlərində İstanbul şəhərində BMT-nin Ümumdünya Turizm Təşkilatı (BMÜTT) və YUNESKO tərəfindən birgə təşkil olunan 3-cü Ümumdünya Mədəniyyət və Turizm Konfransında iştirak edir.

Konfrans çərçivəsində nazir müavini Rafiq Bayramov İSESKO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri, TÜRKSOY-un baş katibi Düsen Kaseinov, İRSİKA-nın Baş direktoru Halit Eren, Türkiyәnin mədəniyyət və turizm naziri Mehmet Nuri Әrsoy, Ukraynanın mədəniyyət naziri Yevgeni Nişuk və Monteneqronun mədəniyyət naziri Aleksandr Boqdanoviç arasında görüş keçirilmişdir.

Görüşlərdə təşkilatlarla əlaqələrin daha da genişləndirilməsi, mədəni marşrutların inkişaf etdirilməsi, Azərbaycanın beynəlxalq mədəni marşrutlarda üzvlük, ölkələrlə mədəni sahədə birgə layihələrin həyata keçirilməsi kimi məsələlər müzakirə olunmuşdur.