Zaxarova: Milanda Qarabağla bağlı bəyanatın razılaşdırılması planlaşdırılır

Zaxarova: Milanda Qarabağla bağlı bəyanatın razılaşdırılması planlaşdırılır
12:40 05-12-2018 | icon 57

Milanda Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanatın razılaşdırılması planlaşdırılır.

milletinsesi.info TASS agentliyinə istinadən xəbər verir ki, bununla bağlı Rusiya XİN nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib.

“Bu gün, dekabrın 5-də Milanda ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər nazirinin səlahiyyətini icra edən Zöhrab Mnatsakanyan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı görüş keçiriləcək.

Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edəcək. Qarabağla bağlı bəyanatın razılaşdırılması planlaşdırılır”, - Zaxarova bildirib.